Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə olaraq monotamaşalara müraciət edilib -

Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə olaraq monotamaşalara müraciət edilib - FOTO

03 Oktyabr 2025

M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə olaraq monotamaşalara müraciət edilib. Bu istiqamətdə hazırlanan və “İlk Addım” adlanan layihənin ideya müəllifi və rəhbəri teatrın direktoru və bədii rəhbəri Səyyad Məmmədovdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində artıq 6 monotamaşa ərsəyə gətirilmiş və onların bədii şura tərəfindən baxışları keçirilmiş və 4 monotamaşa repertuara qəbul olunmuşdur.Bu tamaşalar teatr sənətində fərqli üslubun nümayişi, aktyorların fərdi yaradıcılıq imkanlarının inkişafı və səhnə axtarışlarının zənginləşdirilməsi baxımından mühüm addım hesab olunur.

“İlk Addım” layihəsi teatrın yeni yaradıcılıq xəttini formalaşdırmaqla yanaşı, Naxçıvan mədəniyyətinə də öz töhfəsini verməyi hədəfləyir. Monotamaşa janrına müraciət həm peşəkar teatr mühitində, həm də tamaşaçılar arasında maraqlı və fərqli bir təcrübə kimi qiymətləndirilir.Bu layihə ilə teatr kollektivinin məqsədi,yeni sənət axtarışlarını reallaşdırmaq, repertuarı zənginləşdirmək və tamaşaçını müasir teatr düşüncəsi ilə tanış etməkdir.