Naxçıvan Dövlət Universiteti sosial şəbəkə sorğularının qalibi olub

Naxçıvan Dövlət Universiteti sosial şəbəkə sorğularının qalibi olub

31 İyul 2025

"Azərbaycan Universitetləri" adlı Facebook səhifəsində keçirilən qısa müddətli sorğuların nəticələri açıqlanıb. Üç ayrı nominasiya üzrə aparılan sorğularda Naxçıvan Dövlət Universiteti (NDU) qalib gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, NDU aşağıdakı kateqoriyalarda birinci olub:

III qrup abituriyentləri üçün ən çox tövsiyə edilən universitet

IV qrup abituriyentləri üçün ən çox tövsiyə edilən universitet

Region universitetləri arasında açıq fərqlə qalib

Qeyd edilib ki, universitetin bu uğuru burada həyata keçirilən keyfiyyətli tədris prosesinin və elmi-pedaqoji mühitin ölkə miqyasında tanınmasının göstəricisidir.