Naxçıvan əhalisinin sayı açıqlanıb

Naxçıvan əhalisinin sayı açıqlanıb

11 Sentyabr 2025

2025-ci il avqustun 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında əhalinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2058 nəfər və ya 0,4 faiz artaraq 471 min 911 nəfərə çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu göstərici muxtar respublikanın demoqrafik inkişafının müsbət dinamika üzrə davam etdiyini göstərir. İllik artım həm təbii artım, həm də miqrasiya balansı ilə izah olunur.