Naxçıvan-Sədərək magistralında yol qəzası baş verib - FOTO
Naxçıvan-Sədərək magistralında ciddi yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 68-AF-048 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil ilə 74-BB-574 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil toqquşub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəza nəticəsində 2 nəfər xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti barədə məlumat dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.









