Naxçıvan Sukanal İdarəsi üçün laboratoriya avadanlıqları alınacaq
"NAXÇIVANXƏBƏRLƏRİ" dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Naxçıvan şəhər Sukanal İdarəsinin içməli və tullantı su kimyəvi-bakterioloji laboratoriyası üçün tələb olunan kimyəvi reagent, cihaz və laborator ləvazimatların satın alınması ilə bağlı müsabiqə elan edib.
Avadanlıqların alınmasında məqsəd içməli suyun keyfiyyətinin artırılmasıdır.








