Naxçıvanda 30 mənzilin əsaslı təmiri və avadanlıqla təmin edilməsi üçün tender elan edilib
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Babək məhəlləsi 25 və Nəsirəddin Tusi küçəsində yerləşən 30 mənzilin əsaslı təmiri və zəruri avadanlıqlarla təmin edilməsi məqsədilə açıq tender müsabiqəsi elan edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.
Layihənin əsas məqsədi Naxçıvan şəhərindəki yaşayış şəraitinin yaxşılaşdırılması və vətəndaşların sosial rifahının artırılmasıdır. Təmir işləri çərçivəsində mənzillərin tam bərpası və müasir tələblərə uyğun avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur.








