Naxçıvanda ailə dəyərləri və hüquqi şüurun təşviqinə həsr olunan tədbir keçirilib -

Naxçıvanda ailə dəyərləri və hüquqi şüurun təşviqinə həsr olunan tədbir keçirilib - FOTO

19 Dekabr 2025

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən“Konstitusiya və Suverenlik İli” çərçivəsində “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda X muxtar respublika yaradıcılıq və “Mən hüquqlarımı bilirəm” mövzusunda essemüsabiqələrinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbir iştirakçılarını salamlamış və bu müsabiqələrin yalnız istedadın nümayişi deyil, həm də milli kimliyimizin, ailə institutunun möhkəmləndirilməsi və hüquqi şüurun yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirmişdirr. R.Seyidova Azərbaycan dövlətinin ailə siyasətinin əsasında məhz bu prinsiplərin dayandığını qeyd edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev ailəni cəmiyyətin əsas dayağı kimi qiymətləndirərək, milli dəyərlərin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etmişdir. Onun formalaşdırdığı bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ənənəvi ailə dəyərlərinin müasir dövrün tələbləri ilə uzlaşdırılması dövlətin diqqət mərkəzində saxlanılır.

R.Seyidova Komitə tərəfindən xalqımızın ailə dəyərlərinin yaşadılması ilə bağlı görülən tədbirləndən bəhs etmiş, bildirmişdir ki,keçirilən müsabiqələr də görülən işlərin davamıdır.

Müsabiqələr haqqında məlumat verən R.Seyidova qeyd edib ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər  və müasirlik” mövzusundamüsabiqəyə 70 rəsm, 6 dekorativ iş və 78 inşa yazı, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda yaradıcılıq müsabiqəsinə  5 film, 8 foto, “Mən hüquqlarımı bilirəm” mövzusunda esse müsabiqəsinə isə 159 esse təqdim olunmuşdur.

Daha sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək vurğulayıb ki, ailə dəyərlərinin cəmiyyətə ötürülməsində təhsilin rolu danılmazdır. Möhkəm ailə təməli üzərində qurulan təhsil sistemi gənc nəslin həm bilikli, həm də mənəviyyatlı yetişməsinə şərait yaradır. Ümummilli Lider Heydər Əliyev hər zaman vurğulamışdır ki, təhsil millətin gələcəyidir və bu gələcək ailədə formalaşan dəyərlərlə sıx bağlıdır.

“Mən hüquqlarımı bilirəm” mövzusunda keçirilən yazı müsabiqəsi də uşaq və gənclərin hüquqi biliklərinin artırılması, vətəndaş məsuliyyətinin formalaşdırılması baxımından mühüm təşəbbüsdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi Asəf Orucov və Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvü Nizami Alıyev çıxış edərək müsabiqələrin münsiflər heyətinin üzvləri kimi fikirlərini bildirərək qeyd ediblər ki, ailə, təhsil və milli dəyərlərlə yanaşı, uşaqların yaradıcılıq potensialının inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Uşaqların incəsənətə, rəsmə və dekorativ tətbiqi sənətə olan marağışox sevindirici haldır ki, günü-gündən artır. Bu gün mükafatlandırılan işlər bir daha sübut edir ki, yaradıcı mühitdə böyüyən uşaqlar ailə dəyərlərini daha dərindən dərk edir və onları estetik formada təqdim edə bilirlər. Belə tədbirlər gələcək nəsillərin həm mənəvi, həm də yaradıcı baxımdan sağlam formalaşmasına xidmət edir.

Çıxış edənlər müsabiqə qaliblrini təbrik edib, onlara uğurlar arzulamışlar.

Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmiş, Komitə tərəfindənmüsabiqələrdə yer tutan 69 nəfərə diplom və hədiyyə təqdim edilmişdir.

Sonda “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda X muxtar respublika yaradıcılıq müsabiqəsində “Ən yaxşı film” nominasiyası üzrə yer tutmuş film nümayiş olunmuş, tədbir iştirakçıları tərəfindən istedadlı və müsabiqə iştirakçılarının əl işlərinin sərgisinə baxış olmuş,xatirə şəkili çəkdirilmişdir.