Naxçıvanda büdcə xərcləri 7 %-ə yaxın artıb
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında büdcə xərcləri 203 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin rəsmi sosial şəbəkə hesablarına istinadən xəbər verir.
Paylaşımda qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon manat və yaxud 6,85 % çoxdur.








