Naxçıvanda buraxılış imtahanında göstərilən nəticə ötən illə müqayisədə 29 faiz artıb

Naxçıvanda buraxılış imtahanında göstərilən nəticə ötən illə müqayisədə 29 faiz artıb

10 İyun 2025

Naxçıvanda IX siniflər üzrə keçirilən buraxılış imtahanında 250-300 bal aralığında nəticə göstərən şagirdlərin sayı ötən illə müqayisədə 29 faiz artıb

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

İmtahanda muxtar respublikanın ümumtəhsil müəssisələrindən 188 şagird 250-300 intervalında bal toplayıb.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində isə 146 şagird 250-300 intervalında bal toplamışdı.

Buraxılış imtahanında uğurlu nəticə göstərən şagirdlərimizi təbrik edirik!