Naxçıvanda cinsi zorakılıqda təqsirləndirilən şəxsin din xadimi olması barədə iddialar təkzib edildi

Naxçıvanda cinsi zorakılıqda təqsirləndirilən şəxsin din xadimi olması barədə iddialar təkzib edildi

18 Aprel 2025

Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. O, 1940-cı il təvəllüdlü və Naxçıvanın kəndlərindən birində mollalıq etdiyi iddia edilən şəxsin din xadimi kimi təqdim olunmasının həqiqəti əks etdirmədiyini bəyan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, Ə.Orucovun sözlərinə görə, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində, nə də Qazı yanında fəaliyyət göstərən Şurada qeydiyyatda olan dini icmalardan hər hansı birinin üzvü deyil və dini fəaliyyətlə məşğul olmamışdır.

Bu səbəbdən onun molla və ya din xadimi kimi təqdim olunması əsassız və yanlış məlumatdır.