Naxçıvanda çörək müəssisəsində nöqsanlar aşkarlanıb -

Naxçıvanda çörək müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO

01 Sentyabr 2025

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində Məmmədov Yuşə Niyaz oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı və işçilərin tibbi müayinələrdən keçmədiyi müəyyən olunub.

Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün sahibkara müvafiq göstərişlər verilib, inzibati protokol tərtib olunub və nöqsanlar tam aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik bildirir ki, qida təhlükəsizliyinin təmin olunması məqsədilə obyektlərdə maarifləndirmə işləri aparılıb və göstərişlər verilib. Verilmiş tapşırıqların icrası və istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdiriləcək.