Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 5 dəfə artıb
2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 6489 elektron müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 4,8 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, elektron müraciətlərin 23 faizi hüquqi və fiziki şəxslər tərəfindən, 77 faizi notariat ofislərindən daxil olub.