Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlər azalıb

Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlər azalıb

22 Fevral 2026

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 16,8 milyon manat təşkil edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.

Bundan başqa, ötən ay muxtar respublikada göstərilən informasiya və rabitə xidmətlərinin dəyəri isə 1 il əvvələ nisbətən 45,4 % azalaraq 1,75 milyon manat olub.