Naxçıvanda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş, 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.








