Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında 8 binada təşkil olunan imtahanlarda, ümumilikdə, 2411 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 29 rəhbər, 238 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.








