Naxçıvanda kişi yanacaqdoldurma məntəqəsində ölüb

Naxçıvanda kişi yanacaqdoldurma məntəqəsində ölüb

30 Noyabr 2025

Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından dünyasını dəyişib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, şəhərdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən özünü pis edib.

Daha sonra onun vəfat etdiyi məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, E. Şahbazovun ölümünə ürək tutması səbəb olub.