Naxçıvanda liftdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib - VİDEO
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış binasının liftində biri azyaşlı olmaqla iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məlumat əsasında dərhal əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupu cəlb edilib. Xilasedicilər dayanan liftin qapısını xüsusi avadanlıqlar vasitəsilə açaraq köməksiz vəziyyətdə qalan şəxsləri xilas edib və onları yaxınlarına təhvil veriblər.
Hadisə zamanı xəsarət alan olmayıb.
https://www.instagram.com/reel/DPdJUAECFsy/?igsh=MW1yamE0Y3ViZmFtNA==








