
Naxçıvanda martın 15-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə isə duman olacağı gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 3+8°, gündüz isə 18-23° isti olacağı ehtimal olunur.