Naxçıvanda məhkumlar bələdiyyə seçkilərində səs veriblər

Naxçıvanda məhkumlar bələdiyyə seçkilərində səs veriblər

29 Yanvar 2025

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə məhkum olan vətəndaşların da iştirakı təmin olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 3-60 saylı seçki məntəqəsində məhkumların səs verməsi üçün şərait yaradılıb. Cəza çəkən şəxslər sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər.