Naxçıvanda nəşr olunan “Günəş” uşaq jurnalı Ərzurum Kitab Sərgisində minlərlə oxucuya təqdim olunub - FOTO
Günəş Uşaq Akademiyasının nəşri olan “Günəş” uşaq jurnalı Ərzurumda keçirilən 7-ci Kitab Sərgisində minlərlə oxucunun marağına səbəb olub. Sərgidə 130 nəşriyyat və 70-dən çox yazar iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın 30-dək davam edəcək tədbirdə “Günəş” jurnalının stendi xüsusilə uşaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. Jurnal oxuculara maarifləndirici, rəngarəng və milli dəyərlərlə zəngin məzmununu təqdim edib.










