Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir

Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir

07 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, ötən gün axşam saatlarından etibarən muxtar respublikanın şəhər və kəndlərinə yağış, yüksək dağlıq ərazilərə isə qar yağır.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Ordubad rayonunun Parağaçay qəsəbəsində, 2500 metr yüksəklikdə qar örtüyünün hündürlüyü 2 santimetr, Şahbuz rayonunun Batabat yaylağında isə 1 santimetr təşkil edib.