Naxçıvanda qeyri-sabit hava şəraiti gözlənilir
Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin yaxın günlərdə dəyişəcəyi barədə xəbərdarlıq edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın 30-u axşam saatlarından dekabrın 2-dək bölgədə yağıntılı hava şəraiti müşahidə olunacaq. Arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntının intensivləşəcəyi və qarla müşayiət olunacağı ehtimal olunur. Həmçinin dumanın düşəcəyi bildirilir.
Qərb küləyinin əsəcəyi, bəzi yerlərdə küləyin sürətinin arabir 15 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.
Havanın temperaturu gündüz 9–14° isti, gecə isə 1–6° şaxta təşkil edəcək.








