Naxçıvanda qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirilib

Naxçıvanda qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirilib

10 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025–2026-cı tədris ili üzrə qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak edib. Təhsil naziri məzunları əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək bildirib ki, qızıl və gümüş nişanlar onların təhsil müddətində göstərdikləri yüksək nəticələrin, əzmkarlıq və zəhmətin qiymətləndirilməsinin ifadəsidir. Qeyd olunub ki, bu uğur məzunların qarşıdakı təhsil və peşə həyatında yeni hədəflərə doğru inamla irəliləmələri üçün mühüm stimuldur.

️Elxan Nəcəfov məzunlara gələcək təhsil həyatlarında və fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər arzulayıb.

Görüş çərçivəsində qızıl və gümüş nişanla təltif olunan məzunlara Kapital Bank və “Sirab” ASC tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin şagirdi Ərsadiq Cabbarlı və Culfa rayonu Saltaq kənd tam orta məktəbi şagirdi Murad Zülfüqarov qızıl, Babək rayon Şəkərabad kənd tam orta məktəbin şagirdi Fidan Babayeva və Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbin şagirdi Solmaz Ələkbərli isə gümüş medala layiq görülüblər.  

Sonda xatirə fotosu çəkdirilib.