Naxçıvanda şəhərində  elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Naxçıvanda şəhərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

02 Sentyabr 2025

Sentyabrın 2-dən 5-dək Naxçıvan şəhərində Azərişıq ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən təmir-bərpa işləri aparılacaq. 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10/04 kV-luq xətlərin dartılması və ağacların budaması işləri aparılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar Naxçıvan şəhərində Əliabad qəsəbəsində, Nəcməddin Naxçıvani, Səməd Vurğun küçələrində, 54,56,60 və 61-ci məhəllələrdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.