Naxçıvanda səhiyyə müəssisələri üçün laboratoriya avadanlıqları alınacaq

Naxçıvanda səhiyyə müəssisələri üçün laboratoriya avadanlıqları alınacaq

02 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin fəaliyyətinin gücləndirilməsi məqsədilə yeni laboratoriya avadanlıqlarının satın alınması planlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir. 

Satınalma prosesini "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" publik hüquqi şəxsi həyata keçirir.

Müsabiqə laboratoriya avadanlıqlarının təmin olunmasına yönəlib və nəticədə muxtar respublika ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin texniki imkanlarının daha da yaxşılaşdırılması gözlənilir.