Naxçıvandan 60 gənc “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsində iştirakını tamamlayıb -

Naxçıvandan 60 gənc “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsində iştirakını tamamlayıb - FOTO

01 Dekabr 2025

28–30 noyabr tarixlərində Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində keçirilən düşərgə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 60 gənc və qurumun 3 əməkdaşı proqramda iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, üç gün ərzində gənclər vətənpərvərlik, fiziki hazırlıq və komanda bacarıqlarını artıran təlimlərə, yarışlara və praktik məşğələlərə cəlb olunublar. Düşərgədə əlbəyaxa döyüş, silahlarla tanışlıq, estafet və idman yarışları, alpinizm, airsoft, pnevmatik silahla atış və səmti müəyyənetmə kimi fəaliyyətlər keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub və bağlanış mərasimi təşkil edilib.