Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitindən istifadəyə başlanılıb

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitindən istifadəyə başlanılıb

09 İyun 2026

2025-ci ildə Nəqliyyat vasitələrinin utilizasiyası fonduna qanunvericiliyə uyğun olaraq utilizasiya haqqı və sair gəlirlər hesabına 51 milyon manat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Qanun layihəsinə əsasən, 2024-cü illə müqayisədə fonda daxilolmalar 2,1 % azalıb.

Ötən il Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitindən 25,4 milyon manat istifadə olunub.