Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə qaydası necədir? -

Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə qaydası necədir? - HÜQUQ MƏSLƏHƏTİ

04 Noyabr 2025

Sual: Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı qaydada tətbiq edilir?

Cavab: Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə — Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan hallarda, cinayətin xarakteri, təqsirkarın şəxsiyyəti və digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər.

Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrumetmə cəzalarına əlavə olaraq təyin edildikdə, həmin əlavə cəza əsas cəzanın çəkildiyi müddətə və bundan əlavə, hökmdə göstərilən müddətə şamil olunur. Digər əsas cəzalara əlavə olaraq və ya şərti məhkumetmə zamanı isə bu müddət hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli