Övladlığa uşaq götürmüş qadınlar hansı sosial məzuniyyət hüququndan istifadə edə bilərlər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Övladlığa uşaq götürmüş qadınlar hansı sosial məzuniyyət hüququndan istifadə edə bilərlər?
Cavab: İki aylığadək yaşında uşağı övladlığa götürən və ya övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin Əmək Məcəlləsinin 117-ci maddəsi (uşaqlı qadınların əlavə məzuniyyətləri) ilə nəzərdə tutulan əlavə məzuniyyətlərdən və 127-ci maddəsinə uyğun olaraq verilən qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilirlər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








