Paşinyan Türkiyədə işgüzar səfərdədir

Paşinyan Türkiyədə işgüzar səfərdədir

20 İyun 2025

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə yazıb.

"Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib. İstanbul beynəlxalq hava limanında baş naziri Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb", - o qeyd edib.