Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib

02 Dekabr 2025

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçiriblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb

Bildirilib ki, əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryol xəttinin yanındakı tikilidə gizlədilmiş bir ədəd "TT" markalı tapança, bir ədəd tapança darağı, beş ədəd 7.62 kalibrli tapança patronu, dörd ədəd 7.62 kalibrli avtomat patronu, bir ədəd "F-1" markalı əl qumbarası və bir ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.