Pərviz Şahbazov Xristos Kapodistrias ilə görüşüb

Pərviz Şahbazov Xristos Kapodistrias ilə görüşüb

04 Noyabr 2025

Bu ilin ilk doqquz ayında Azərbaycandan Yunanıstana 800 milyon kubmetr təbii qaz tədarük edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Yunanıstanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşüb.

O qeyd edib ki, neft-qaz və bərpa olunan enerji sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası ilə bağlı məsələlər müzakirə olunub: "Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təminində oynadığı rol yüksək qiymətləndirilib".