Polşa AZAL təyyarəsinin qəzasının araşdırılması üçün öz resurslarını və təcrübəsini təqdim etməyə hazırdır
Polşa dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL sərnişin təyyarəsinin qəzasını araşdıran Azərbaycan mütəxəssislərinə öz təcrübəsi və iş metodlarından istifadə edərək dəstək verməyə hazırdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Polşa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"Polşanın elmi-tədqiqat institutları və dövlət qurumları aviasiya təhlükəsizliyi sahəsində dünyanın ən təcrübəli qurumlarından biri kimi tanınır. Bizim hərbi və mülki analitiklərimiz aviasiya hadisələrinin səbəblərinin araşdırılmasında dəfələrlə öz effektivliyini nümayiş etdiriblər. Biz "qara qutu”ların məlumatlarının deşifrə edilməsi və uçuş parametrlərinin təhlili sahəsində böyük təcrübəyə malikik", - nazirlikdən bildirilib.
Daha əvvəl Polşanın XİN başçısı Radoslav Sikorski azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus (AZAL) təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasında hər cür texniki dəstək göstərməyə hazır olduğunu bildirib.