Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir?
Cavab: Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir.
Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








