Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvana səfər edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Naxçıvan Muxtar Respublikasına səfər edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oktyabrın 2-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.








