Rəşad Nəbiyev yeni qərar imzalayıb

Rəşad Nəbiyev yeni qərar imzalayıb

06 Noyabr 2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflər"i təsdiq edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, Qərarı qəbul edildiyi gündən 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

Qərar Reyestrin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir və 1 yanvar 2028-ci il tarixinə kimi qüvvədədir.