Sadələşdirilmiş icraat neçə gün müddətində aparılır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat neçə gün müddətində aparılır?
Cavab: Məhkəməyədək sadələşdirilmiş icraat qaydasında təhqiqat, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu andan etibarən 10 (on) gün müddətində aparılır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








