“Şərq qapısı” qəzetinin elan etdiyi “Konstitusiya və Suverenlik İli” ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

“Şərq qapısı” qəzetinin elan etdiyi “Konstitusiya və Suverenlik İli” ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

04 Noyabr 2025

Noyabrın 4-də “Konstitusiya və Suverenlik İli”, tarixi zəfərin 5 illiyi ilə əlaqədar “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: Konstitusiya və Suverenlik İlinin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilib, qaliblər mükafatlandırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, münsiflərin rəyinə əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, AZƏRTAC-ın əməkdaşı Samirə Quliyeva birinci, Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin əməkdaşı Muxtar Rzazadə, Naxçıvan televiziyasının əməkdaşı Məsumə Şirəliyeva, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı Türkan Hüseynli ikinci, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Anar Tağıyev, “Səs” qəzetinin əməkdaşı Lalə Mehralı, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Tural Məmmədzadə və Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı Emin Zeynalov isə üçüncü yerin qalibi olublar.

Qaliblərə diplom, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.