Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının SAYI

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının SAYI

31 İyul 2025

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Belə ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı olan qadındır.

Qeyd edək ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Pakistan vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında nikahlar rəsmiləşdirilib.