Təhsil Tələbə Kredit Fondu son 5 ildə büdcədən 125 milyon manat vəsait alıb

Təhsil Tələbə Kredit Fondu son 5 ildə büdcədən 125 milyon manat vəsait alıb

09 İyun 2026

Son 5 ildə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Kredit Fonduna dövlət büdcəsindən 124,8 milyon manat vəsait ayrılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Layihəyə əsasən, Fondun ilkin nizamnamə fondunun təmin edilməsi məqsədi ilə 2021-ci ilin büdcədən 80 milyon manat vəsait ayrılıb. Bundan sonra, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" sənədinə əsasən büdcədən "Rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi, o cümlədən təhsil tələbə kredit sisteminin tətbiqinin genişləndirilməsi" tədbiri üzrə 2022-ci ildə 22 milyon manat, 2023-cü ildə 8 milyon manat, 2024-cü ildə 8 milyon manat, 2025-ci ildə də 6,8 milyon manat Fonda yönəldilib.

5 il ərzində cəmi 70 393 nəfərə 64,3 milyon manat, o cümlədən 24 437 nəfərə (34,7 %) 25,1 milyon manat sosial, 45 956 nəfərə (65,3 %) 39,2 milyon manat standart təhsil tələbə krediti verilib.