Türkiyə şirkəti Naxçıvanda 23 mln. manatlıq təmir işlərinə başlayacaq

Türkiyə şirkəti Naxçıvanda 23 mln. manatlıq təmir işlərinə başlayacaq

03 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının əsaslı təmir işlərini həyata keçirəcək şirkət müəyyənləşib.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, Naxçıvan Yol Təchizat bununla bağlı həyata keçirdiyi işləri yekunlaşdırıb.

Qurum avtomobil yollarının əsaslı təmir işlərinin Türkiyənin “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialına həvalə edib və onunla nəhəng - 22 milyon 850 min manat dəyərində müqavilə bağlayıb. 

Müqavilədə Naxçıvan şəhəri, Culfa, Şərur və Babək rayonları ərazisində yerləşən bəzi qəsəbə və kənd daxili avtomobil yollarının əsaslı təmir işləri nəzərdə tutulur.