Türkiyə və Özbəkistan prezidentləri Azərbaycana gəlir

Türkiyə və Özbəkistan prezidentləri Azərbaycana gəlir

06 Oktyabr 2025

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Tədbirlə əlaqədar Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir.