
Türkiyədən Azərbaycana idxal edilən gilas tinglərində uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Türkiyədən idxal edilən gilas tinglərindən nümunələr götürərək müayinələrə cəlb ediblər.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə AQTA-dan məlumat verilib.
Bildirilib ki, aparılan müayinələr nəticəsində çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv.Pruni) xəstəliyi aşkarlanıb. Fitosanitar karantin tələblərinə cavab verməyən sözügedən yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək 17 min 800 gilas tingi məhv edilib.
Qeyd edək ki, Çəyirdəklilərin bakterial ləkəliyi patogen bağçılıq təsərrüfatlarına ciddi zərərvurma potensialına malik olmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur.