Uzunoba Dövlət Meşəsində Yanğından mühafizə tədbirləri görülüb -

Uzunoba Dövlət Meşəsində Yanğından mühafizə tədbirləri görülüb - FOTO

30 İyul 2025

Ümumi sahəsi 135,4 hektar olan Uzunoba Dövlət Meşəsində yaşıllıqların qorunması və meşə təsərrüfatının dayanıqlı inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Ərazi alaq otlarından təmizlənib, damcılı suvarma sistemlərində təmir işləri aparılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, eyni zamanda meşəni mümkün yanğın təhlükəsindən qorumaq məqsədilə mühafizə zolağı çəkilib.

Görülən tədbirlər meşə ekosisteminin sağlamlığına və yanğın risklərinin minimuma endirilməsinə xidmət edir.