Vəzifəli şəxslərin təqdim etməli olduqları məlumatlar qanunun tələbi ilə hansılardır? -

Vəzifəli şəxslərin təqdim etməli olduqları məlumatlar qanunun tələbi ilə hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

04 Noyabr 2025

Sual: Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada hansı məlumatları təqdim etməlidirlər?

Cavab: Vəzifəli şəxslər hər il aşağıdakı məlumatları təqdim etməlidirlər:

1. Gəlirlərinin mənbəyi, növü və məbləği barədə;

2. Vergitutma obyekti olan əmlak barədə;

3. Kredit təşkilatlarındakı əmanətlər, qiymətli kağızlar və digər maliyyə vəsaitləri barədə;

4. Şirkət, fond və digər təsərrüfat subyektlərində təsisçi və ya səhmdar kimi iştirakı barədə;

5. 5500 manatdan yuxarı borcları barədə;

6. 1100 manatdan artıq maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov