
Vüqar Mustafayev Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Müdafiə sənayesi naziri Vüqar Mustafayev martın 18-də Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsinin önəmli olduğunu vurğulanıb, Azərbaycanın müdafiə sənayesi qurumları ilə qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd olunub.
Nazir ölkədə istehsal olunan hərbi məhsullar haqqında danışıb, çağdaş dövrün tələblərinə uyğun istehsal müəsissələrinin uğurla fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın müdafiə sənayesinin beynəlxalq səviyyədə böyük uğurlara imza atdığını diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.