Xuliqanlığa görə məsuliyyət - qanun nə deyir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Xuliqanlıq nədir və bu cinayəti törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı məsuliyyət nəzərdə tutulur?
Cavab: Xuliqanlıq — ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik göstərən, zor tətbiqi və ya zor tətbiqi hədəsi, həmçinin özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərdir. Bu əmələ görə törədən şəxs min manatdan üç min manatadək cərimə, bir ilədək islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər xuliqanlıq bir qrup şəxs tərəfindən, təkrar və ya ictimai qaydanın qorunmasına məsul şəxslərə müqavimət göstərməklə törədilərsə, cəza ağırlaşdırılır: iki ilədək islah işləri, üç ilədək azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək azadlıqdan məhrumetmə tətbiq olunur.
Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli








