Yerin təkinin qorunması qaydalarının pozulmasına görə məsuliyyət nələrdir? -

Yerin təkinin qorunması qaydalarının pozulmasına görə məsuliyyət nələrdir? - HÜQUQ MƏSLƏHƏTİ

13 Noyabr 2025

Sual: Yerin təkinin qorunması qaydalarının pozulmasına görə məsuliyyət nələrdir ?

Cavab: Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda — altı min manatdan on min manatadək cərimə, yaxud üç ilədək müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, bir ilədək islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə edilməklə və ya edilmədən, üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli