Yol hərəkəti cərimələrinin qüvvəyə minməsi və ödəniş müddəti... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Yol hərəkəti qaydalarının pozulmasına görə cərimə nə zaman qüvvəyə minir və ödəmə müddəti nə qədərdir?
Cavab: Cərimə barədə qərar elektron protokol və ya kağız bildiriş təqdim olunduğu andan qüvvəyə minir. Vətəndaşa qərarla tanış olmaq üçün imkan yaradılır və cərimənin ödənilməsi üçün 30 gün müddət verilir. Qanunvericiliyə əsasən, bəzi hallarda cərimə daha tez ödənildikdə güzəşt tətbiq oluna bilər. Müddətində ödənilməyən cərimələr isə məcburi icraya yönləndirilir və əlavə icra xərcləri yarana bilər.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev








