Yuri Qusev Samir Şərifovla görüşüb

Yuri Qusev Samir Şərifovla görüşüb

01 Aprel 2025

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə səfir "X"də yazıb.

Məlumata görə, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq gündəliyindəki əsas məsələlər müzakirə edilib.

"İkitərəfli münasibətləri daha da gücləndirmək üçün əməkdaşlığı davam etdirməyə razılaşdıq", - diplomat vurğulayıb.